“Tottenhem” Rudigerdən imtina etdi
04.04.2022 - 12:56
İngiltərə “Tottenhem”inin Antonio Rudigerlə bağlı planları dəyişib.
Apasport.az saytının məlumatına görə, London klubu almaniyalı müdafiəçi ilə danışıqları dayandırıb.
Paytaxt təmsilçisinin rəhbərliyi “Çelsi”nin futbolçusunu almaq ideyasından imtina edib. Buna Rudigerin davranışı səbəb olub.
Onun başqa klublarla da danışıq aparması “Tottenhem” rəhbərliyinin xoşuna gəlməyib. Premyer Liqa təmsilçisi bu üzdən də danışıqları dayandırmağı lazım bilib.
Qeyd edək ki, Rudigerin xidmətində “Barselona” da maraqlıdır.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0