“Soçi” çox ciddi komandadır. Onlar Rusiya çempionatında 5-ci yeri tutub”.
Apasport.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.
O, Konfrans Liqasının II təsnifat mərhələsinin “Soçi” ilə səfərdəki ilk oyunundakı məğlubiyyətə (0:3) şərh verib: “Planımız var idi. Futbolçular meydanda buna uyğun oynamalı idi. Amma rəqib imkan vermədi. “Soçi” daha hazırlıqlıdır. Onlar bizdən daha çox oyun keçiriblər. Futbolçularımız ilk 15 dəqiqədə həyəcanlı idi. Bu, görünürdü. Amma bizim də imkanlar oldu. Topu boş yerə itirəcəyimizi gözləmirdik. Bu, həm hücumda, həm müdafiədə olurdu. Bəlkə də az oyun keçirmişik. Topu da çox itirirdik. Hətta düz yerdə bunu edirdik. Oyunçularımız çalışdı. Ümid var. Gənc yerli futbolçular oynamaq istəyirlər”.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi