“Arsenal” futbolçusu Pyer-Emerik Obameyanqın keçidi ilə bağlı iki təklif alıb.
Apasport.az saytının məlumatına görə, “Yuventus”la “Barselona” 32 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Hər iki klub qabonlu forvardı mövsümün sonunadək icarəyə götürmək istəyir. Hazırda futbolçunun maaşı və icarə müddəti ilə bağlı danışıqlar aparılır.
“Arsenal” həftədə 350 min funt sterlinq qazanan hücumçunu uzun müddətə icarəyə verməkdə maraqlıdır. “Yuventus”la “Barselona” isə Obameyanqı mövsümün sonunadək götürməyi planlaşdırır.
Qeyd edək ki, baş məşqçi Mikel Arteta ilə problem üzündən dekabrın əvvəlindən meydana çıxmayan Pyer-Emerik komandanın Dubay toplanışına da aparılmayıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı