“Bura nə üçün gəldiyimizi bilirik".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Mamadu Mbodj deyib.
Seneqallı müdafiəçi sabah Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”la keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.
28 yaşlı futbolçu matça hazır olduqlarını söyləyib: “Oyuna yaxşı hazırlaşmışıq. İnşallah, sabah gözəl oyun nümayiş etdirəcəyik".
- Çempionatda əzəmətli görünən Mbodj "Dinamo" ilə matçları nisbətən zəif keçirdi. Bunun səbəbi nə idi. Sabahkı görüşdə yenidən həmin Mbodju görə biləcəyik?
- Futbolda bu cür hallar baş verə bilər. Sabahkı oyuna komanda şəklində gözəl hazırlaşmışıq. Əvvəlki Mbodjdan daha güclüsünü görəcəksiniz.
- "Arsenal"ın qapısına vurduğunuz qoldan sonra Babakarın şəklini göstərmişdiniz. Sabah yenə bunu görə biləcəyik?
- Buna inanıram. Ümid edirəm ki, sabah yenə Babakarın şəklini görəcəksiniz.
- Komandanın yeni transferləri barədə ilkin təəssüratlarınız necədir?
- Hər ikisi çox yaxşı transferdir, güclü oyunçudur. İnanıram ki, məqsədlərimizə çatmaqda bizə kömək olacaq, komandanın gücünə güc qatacaqlar.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi