Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert Bakıya qayıdıb
20.03.2008 - 13:27
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin Antalya şəhərində səfərdə olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) baş məşqçisi Bernard Lippert Bakıya qayıdıb. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı çalışdırıcı Antalyada olduğu müddətdə ölkəmizin 19 yaşlılardan ibarət yığmasının “Rubin-2” (Rusiya) klubu ilə yoldaşlıq görüşünü izləyib. B.Lippert xüsusilə milli komandanın qapıçısı Səlahət Ağayevin oyununa diqqət yetirib. Yığmamızın 1:2 hesablı məğlubiyyətinə baxmayaraq, baş məşqçi S.Ağayevin oyununu bəyənib. Bu səbəbdən yeniyetmə qapıçının təlim-məşq toplanışını yarımçıq dayandıraraq, U-21-in düşərgəsinə qoşulması barədə qərar çıxarılıb. Olimpiya yığmamızın məşqləri sabah start götürəcək. Martın 25-də Avropa çempionatının seçmə qrup mərhələsində İtaliyanı qəbul edəcək B.Lippertin yetirmələri 4 gün ərzində “Şəfa”, “Ədliyyə” və Tofiq Bəhramov adına Respublika stadionunda məşq keçəcəklər.
- 41 yaşında yeni müqavilə – Modriç “Milan”da qalır
- Nuri Şahindən "Fənərbaxça"ya dəstək – Qirassi üçün hərəkətə keçir
- İstanbul ağrısı, Afina zəfəri – “Milan”dan xüsusi forma - FOTO
- "Sabah" və "Fənərbaxça"nın matçları bu kanallarda: TV AFİŞA
- Frankovskidən "Qalatasaray" etirafı: "Həmin futbolçuları televizorda izləyirdim"
0
0