37 yaşlı qapıçı ilə müqavilə imzaladı – Premyer Liqa klubu
20.08.2021 - 17:18
İngiltərənin “Everton” klubu yeni futbolçu transferini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi qapıçı Endryu Lonerqanı heyətinə qatıb.
“Liverpul”un sabiq qolkiperi yeni klubuna azad agent statusu ilə qoşulub. 37 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
0
0