Heyətinə 4 yeni futbolçu cəlb edən “Barselona” əmək haqqı büdcəsini boşaltmaq üçün bir neçə oyunçusundan qurtulmağa çalışır.
Apasport.az saytının məlumatına görə, rəhbərlik mövsümün startına qədər konkret olaraq 4 nəfərlə yollarını ayırmaqda qərarlıdır.
Onlardan müdafiəçi Samuel Umtiti və yarımmüdafiəçi Miralem Pyaniçlə bağlı problem yaşanır. Çünki adıçəkilən futbolçular “Barsa”dan getmək fikrinə müsbət yanaşmır. Kataloniya klubu ilə vidalaşması gözlənilən digər iki sima isə yarımmüdafiəçi Filipp Koutinyo və qapıçı Netodur. Xüsusən də, birincinin transferi zamanı 142 milyon funt-sterlinq xərcə düşən İspaniya təmsilçisi onu ucuz qiymətə satmaq istəmir.
Qeyd edək ki, “Barselona” yay fasiləsində Serxio Aquero, Erik Qarsiya, Emerson və Memfis Depayı transfer edib.
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu