4 ildən sonra milliyə qayıdır - Polşada
29.01.2022 - 12:57
Polşa milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bir sıra mütəxəssislərlə danışıqları uğursuz alınan Polşa Futbol Federasiyası Adam Navalka ilə ilkin razılıq əldə edib.
64 yaşlı mütəxəssisin təyinatı yanvarın 31-də rəsmən açıqlanacaq. O, 4 illik fasilədən sonra yığmaya qayıdıb.
Onunla 2022-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Navalka 2013-18-ci illərdə də Polşa yığmasının baş məşqçisi olub.
Qeyd edək ki, yığmanın baş məşqçi postu Paulo Souzanın vəzifəsindən ayrılmasından sonra boş qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0