40 milyondan çox qazandılar: Türkiyə klublarının UEFA gəliri
24.01.2025 - 17:42

UEFA Avropa Liqasında 7 həftədən sonra komandaların qazandıqları pul mükafatları bəlli olub.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçilərindən "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın qazancı toplamda 40 milyonu ötüb.
Belə ki, turnir cədvəlinin IX pilləsində qərarlaşan "sarı-qırmızılılar" xəzinəsinə 17 milyon 518 min avro əlavə edib. "Fənərbaxça" isə 13 milyon 899 min avro qazanc əldə edib.
Türkiyə klublarından ən az gəliri "Beşiktaş" qazanıb - 10 milyon 630 min avro.
Avropa Liqasından ən çox qazanc əldə edən klub isə "Latsio"dur - 21 milyon 273 min avro.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0