“Beşiktaş”ın sabiq baş məşqçisi Fransa klubuna keçir
12.11.2026 - 12:25
“Beşiktaş”ın sabiq baş məşqçisi Fransa klubuna keçir

Fransanın “Havr” klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi Valerien İsmaeli komandanın sükanı arxasına gətirməyə yaxındır.

“L'Equipe” nəşrinin məlumatına görə, 51 yaşlı mütəxəssislə aparılan danışıqlar son mərhələyə çatıb. Tərəflər arasında razılaşmanın yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.

“Havr” Fransa çempionatında keçirdiyi 10 oyunda 2 xal toplayaraq sonuncu – 18-ci pillədə qərarlaşıb.

Bu nəticələrdən sonra Fransa klubu oktyabrın 31-də Didye Diqarla yollarını ayırıb.

Xatırladaq ki, İsmael son olaraq İngiltərənin “Blekbern Rovers” komandasını çalışdırıb və bu ilin fevralından işsizdir.

O, 2022-ci ildə Türkiyənin “Beşiktaş” klubuna rəhbərlik edib. Daha əvvəl isə “Volfsburq”, LASK, “Uotford” və “Vest Bromviç” kimi komandalarda çalışıb.