43 aydan sonra – zirvədə
21.09.2021 - 12:23
“Napoli” A seriyasında liderlik həsrətinə son qoyub.
Apasport.az saytının məlumatına görə, “Udineze”yə 4:0 hesabı ilə qalib gələn neapollular IV turdan sonra zirvəyə yüksəlib.
Hesabında 12 xal olan “Adzurri” 43 aydan sonra İtaliya çempionatında liderliyi ələ keçirib. “Napoli”nin A seriyasında şəriksiz lider olmasına sonuncu dəfə 3 il 7 ay əvvəl təsadüf edilib.
Bu, 2018-ci ilin fevralında baş verib.
0
0