“İnter”in idman direktoru Pyero Auzilio Nikolo Barellanın gələcəyi ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, klub rəsmisi italiyalı yarımmüdafiəçinin satılmayacağını bildirib.
Auzilio Barella ilə bağlı transfer iddialarına sərt cavab verib:
“45 milyon avroya Nikolo Barellanın yalnız bir ayağını ala bilərsiniz. ‘Barellanın qiyməti nə qədərdir?’ sualına cavab vermək çox asandır. Onun qiyməti yoxdur. Çünki Barella satılmır”.
Xatırladaq ki, daha əvvəl italiyalı menecer Corc Qardinin Barellanı “Qalatasaray”a təklif etdiyi iddia olunmuşdu. Baş məşqçi Okan Burukun da futbolçunun transferinə müsbət yanaşdığı bildirilirdi.
Qeyd edək ki, 29 yaşlı Barellanın “İnter”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu