6 illik uğursuz seriyanın təkrarı – Keyndən
20.09.2021 - 12:42
“Tottenhem”in hücumçusu Harri Keyn 2021/22 mövsümünə uğursuz start götürüb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqada 5 tur geridə qalsa da, İngiltərə millisinin üzvü meydana çıxdığı 4 oyunda hələ qol hesabını açmayıb.
Bununla ulduz futbolçu 6 il əvvəlki uğursuz göstəricisini təkrarlayıb. O, 2015/16 mövsümündə də eyni durumla üzləşmişdi.
Qeyd edək ki, “Tottenhem” hazırda 9 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.
0
0