Almaniyanın “Aue” klubunun futbolçusu Dmitri Nazarov karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, AFFA 31 yaşlı yarımmüdafiəçinin Premyer Liqada iştirakında maraqlıdır.
Assosiasiya rəhbərliyi bu yolla orta sahə oyunçusunun yenidən milli komandaya qaytarılmasını planlaşdırır. Nazarov üçün ən ideal variant kimi “Neftçi” hesab olunur. Lakin II Bundesliqada çıxış edən oyunçunun yüksək məvacib tələbi bu keçidi əngəlləyə bilər. Çünki “Aue”də yüksək məvacib alan Nazarovun illik 450 min avro maaş tələbini qarşılamaq çətindir.
Yalnız “Aue” III Bundesliqaya düşərsə, futbolçu nisbətən aşağı məbləğə elitamıza gəlməyə razılıq verə bilər. Ancaq yenə də onun üçün prioritet II Bundesliqa klublarından birinə keçmək olacaq. Milli üzvünün komandası hazırda 11 turdan sonra 18 komanda arasında 17-ci pillədə qərarlaşır.
Qeyd edək ki, AFFA hazırda klubsuz olan millimizin daha bir sabiq üzvü Eddi İsrafilovun da eyni məqsədlə Azərbaycan Premyer Liqasında oynamasında maraqlıdır.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"