AFFA-nın növbəti Konfransının vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Fevralın 2-də AFFA-nın növbəti Konfransı, dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. Tədbir “Baku Marriott Hotel Boulevard” oteldə təşkil olunacaq.
Saat 10:00-da başlayacaq Konfransın gündəliyi də dəqiqləşib. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatı, maliyyə hesabatlarının təsdiqlənəcəyi tədbirdə müstəqil auditorun hesabatı nəzərə alınacaq. Konfransın gündəliyində hər hansı vakant vəzifəyə seçkilər, təkliflərin qəbulu və digər məsələlər də var.
Qeyd edək ki, Konfransa giriş dəvətnamə ilə olacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı