Abdullah Zubirdən yubiley qolu
04.10.2021 - 12:20
“Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, o, VI turun “Qəbələ” ilə görüşündə (2:0) fərqlənib.
30 yaşlı fransalı yarımmüdafiəçinin yubiley qolu 73-cü matçına təsadüf edib. Onun orta məhsuldarlığı 0,27-yə bərabərdir. Zubir 2018/19 mövsümündə 6, 2019/20 mövsümündə 5, 2020/21 mövsümündə 7, cari çempionatda isə 2 dəfə qol sevinci yaşayıb.
Qeyd edək ki, Zubir ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-dəki ev oyununda (4:1) dubla imza atıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0