Acun Ilıcalı İngiltərə klubunu alır
28.10.2021 - 13:43
Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubunun səhmlərini almaq qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, TV8 kanalının rəhbəri “Hall Siti”yə maraq göstərir.
52 yaşlı biznesmen Çempionşip təmsilçisini alıb, komandanı yenidən Premyer Liqaya yüksəltmək niyyətindədir. O, “narıncı-qaralar”ın səhmlərini 35,5 milyon avroya almağı planlaşdırır.
Qeyd edək ki, İngiltərədə son olaraq “Nyukasl” Səudiyyə Ərəbistanı dövlət investisiya fondu tərəfindən alınıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0