“Real” Çempionlar Liqasının “Çelsi” ilə oyununa baş məşqçisiz çıxa bilər.
Apasport.az saytının məlumatına görə, Karlo Ançelottinin 1/4 final mərhələsinin Londondakı ilk oyununda iştirak etməsi real görünmür.
O, İngiltərəyə uçan heyətdən kənar qalıb. Buna italiyalı mütəxəssisin koronavirusa yoluxması səbəb olub.
Ötən ayın sonlarında xəstələnən Ançelotti London səfəri ərəfəsində təkrar test verib. Testi yenə müsbət nəticələnən mütəxəssis komandadan kənar qalıb.
Buna baxmayaraq, Ançelottinin bu matçda “Real”a rəhbərlik etmək ümidi qalır. Sabah yenidən test verməyi planlaşdıran mütəxəssis özünü matçadək Londona yetirmək fikrindədir.
Qeyd edək ki, “Çelsi” – “Real” matçı aprelin 6-da keçirilıəcək.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ