“Real” baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, klub prezidenti Florentino Peres hazırkı çalışdırıcı Karlo Ançelottinin rəhbərliyi altında komandanın çıxışından məmnun deyil.
Peres artıq yeni baş məşqçini də müəyyənləşdirib. O, mövsümün sonunda Yoahim Lövü bu posta təyin etməyi planlaşdırır. Almaniyalı buna hazır olmaq üçün indidən ispan dilini öyrənməyə də başlayıb. 62 yaşlı məşqçi 2006-2021-ci illərdə Almaniya millisini çalışdırıb, komahdaya 2014-cü ildə dünya çempionluğunu qazandırıb.
Qeyd edək ki, İspaniya La Liqasının cari mövsümündə 23 oyunda 53 xal toplayan “Real” turnir cədvəlinə başçılıq edir.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu