“Barselona”nın futbolçusu Ansu Fati əməliyyat olunmaqdan imtina edib.
Apasport.az saytının məlumatına görə, 19 yaşlı vingeri cərrahi müdaxilə deyil, konservativ müalicəyə üstünlük verib.
Klub rəhbərliyi, həmçinin baş məşqçi Xavi və komandanın həkimi Fatiyə əməliyyat olunmağı məsləhət görüb. Onlar bunun üçün Usman Dembeleni əməliyyat edən həkimin yanına – Finlandiyaya yollanmağı tövsiyə ediblər.
Amma Fati müalicə olunmaq qərarına gəlib. Bu proses 6-8 həftə çəkə bilər. Ansu əməliyyat olunsaydı, 4-6 ay meydanlardan kənar qalacaqdı.
Qeyd edək ki, cari mövsüm 5 matça çıxan Ansu 3 qola imza atıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı