“Lids”in yarımmüdafiəçisi Kalvin Fillips “Mançester Yunayted”in təklifini rədd edib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu bu addımı yerli azarkeşlərə atıb.
O, “Lids” fanatlarının sərt reaksiyasından qorxduğu üçün “qırmızı şeytanlar”a keçməkdən imtina edib. “Mankunianlar” onu 60 milyon funt sterlinq qarşılığında heyətinə cəlb etmək arzusundadır. Ancaq ingiltərəli oyunçu “Lids” azarkeşlərinin nifrət bəslədiyi “Mançester Yunayted”ə yollanmaqla imicini ləkələmək istəməyib.
Qeyd edək ki, “Lids”in yetirməsi olan Kalvin Fillips 2014-cü ildən əsas komandada çıxış edir. O, ötən ildən İngiltərə millisinə də çağırılır.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı