19 yaşadək futbolçular arasında Azərbaycan çempionatının “Keşlə” – “Qəbələ” matçında yaşanan qalmaqalın günahkarları cəzalanıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Komitə Gənclər Liqasının matçının 90+3-cü dəqiqəsində baş verənləri müzakirə edərək müvafiq qərarlar verib. “Qəbələ”in Ravil Qafarov kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb.
“Keşlə” nin üzvləri Nihat Əmrahzadə və Nihad Mollayev kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığından hər ikisi 6 oyunluq diskvalifikasiya edilib.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq