Azərbaycan UEFA reytinqində geriləyib.
Apasport.az saytının məlumatına görə, buna Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmalarının ilk oyun günü səbəb olub.
Sloveniyanın “Mura” klubu öz meydanında Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı qəbul edib. Meydan sahibləri görüşdə qələbə qazanıb - 5:0.
Bu, Sloveniyanın son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA reytinqini 13,000-a çatdırıb. Balkanlılar bunun sayəsində cədvəldə 2 pillə irəliləyib.
Sloveniya 12,875 xala malik Azərbaycanın da geriləməsinə səbəb olub. Ölkəmiz 28-ci pillədən 29-a enib. Balkanlılar əlavə göstəricilərdə eyni xalı olan Qazaxıstanı da keçərək 27-ci yerdə qərarlaşıb.
İlk matçda da 1:0 hesabı ilə qalib gələn “Mura” II təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Neftçi” Tbilisi “Dinamo”su ilə ev oyununu bu gün keçirəcək və qələbə təqdirində mövqeyimiz qaytarılacaq.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi