Azərbaycan kubokunda 1/4 final mərhələsində keçiriləcək ilk oyunların cədvəli müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası 2022-ci ildə baş tutacaq ilk rəsmi matçların başlama saatını açıqlayıb.
İlk olaraq fevralın 1-də “Qarabağ”la “Neftçi” ev oyununa çıxacaq. Ağdamlılar kubokun son sahibi “Keşlə”ni, ölkə çempionu isə “Sabah”ı qəbul edəcək.
Ertəsi gün “Səbail” “Zirə”nin, “Qəbələ” də “Sumqayıt”ın qonağı olacaq.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
1 fevral (çərşənbə axşamı)
17:30. “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu
19:45. “Neftçi” – “Sabah”
“Bakcell Arena”
2 fevral (çərşənbə)
17:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu
19:15. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı