Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsindən sonra vəzifəsindən ayrılacaq.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssislə ilin sonuna qədər olan müqavilə müddəti uzatılmayacaq.
AFFA indidən yeni baş məşqçi axtarışlarına başlayıb. Assosiasiyanın bu posta ilk namizədi də bəllidir. Əldə etdiyimiz məlumata görə, türkiyəli mütəxəssis Mustafa Dənizli yığmamızı çalışdırmağa namizədlər sırasındadır.
Hazırda Super Liqa təmsilçisi “Altay”ın sükanı arxasında olan 72 yaşlı çalışdırıcı üçün Azərbaycan heç də yad ölkə deyil. Dənizli 2013/14 mövsümündə ölkəmizdə “Xəzər Lənkəran”a rəhbərlik edib.
AFFA hələlik onunla heç bir təmas qurmayıb. Ancaq Dənizlinin yığmamızın növbəti baş məşqçisi olması istisna deyil.
Qeyd edək ki, Türkiyə yığması ilə yanaşı, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” kimi ölkə nəhənglərinə başçılıq etmiş Mustafa Dənizli Azərbaycanla bərabər Almaniya və İranda da çalışıb.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”