Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Lemiş vəfat edib.
Apasport.az saytının məlumatına görə, Bakı futbol məktəbinin yetirməsi 51 yaşında ölüb.
1987-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında dünya çempionu olan Lemiş karyerası ərzində “Neftçi” (1988-1989), “Kuban” (1990-1991, 1992, 1994), “Las Palmas” (1992-1993), MOİK (1994), “Monolit” (1995), “İzumrud” (1995), “Drujba” (1996), Stavropol “Dinamo”su (1997), “Baltika” (1997), Belarus “Slaviya”sında (1998) çıxış edib.
Karyerasını bitirəndən sonra Krasnodarda yaşayan həmyerlimiz həvəskarlar və tələbələrdən ibarət komandaları çalışdırıb. O, həmçinin Krasnodar Dövlət Universitetində dərs deyib.
Qeyd edək ki, 1992-ci ildə Rusiya yığmasında 1 matça çıxan futbolçu 1994-cü ildə Azərbaycan millisində də 1 oyun keçirib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”