17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 3 futbolçusu koronavirusa yoluxub.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Belçikada səfərdə olan yığmanın oyunçularının COVID-19 testi pozitiv nəticələnib.
Bunlar “Sabah”ın müdafiəçisi Həmzəalı Mikayılov, “Səbail”in yarımmüdafiəçisi Adəm Topalov və “Qarabağ”ın orta sahə oyunçusu İbrahim Ağayarovdur. Adıçəkilən futbolçular seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, U-17 AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburqla mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”