Mingəçevir şəhəri 2022-23 mövsümündə I Divizionda yeni komanda ilə təmsil olunacaq.
Apasport.az saytının məlumatına görə, ölkə çempionatında gələn mövsümdən oynayacaq komanda şəhərin adını daşıyacaq.
Hazırda Region Liqasında mübarizə aparan “Energetik” fəaliyyətini dayandıracaq, şəhərin futbol ictimaiyyəti “Mingəçevir FK” adı altında birləşəcək. “Energetik”də çıxış edən oyunçular da ora toplaşacaq.
Əslində ilk olaraq “Kür Nur” adının bərpası planlaşdırılıb. Lakin vaxtilə yüksək liqada çıxış etmiş, ölkə kubokunda finala qədər irəliləmiş “Kür Nur”un 600 min manatlıq borcunun olması rəhbərliyi bu fikirdən daşındırıb.
“Mingəçevir FK”nın yaradılması ilə bağlı rəsmi prosedurlar artıq tamamlanmaq üzrədir. Yeni komandaya I Divizionda AFFA ilə yanaşı, şəhər rəhbərliyi də köməkliyini əsirgəməyəcək. Əsas məqsəd isə yaxın gələcəkdə “Mingəçevir”in Premyer Liqada iştirakıdır.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"