DÇ-2022-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı A qrupunda daha bir görüş baş tutub.
Birinci yerə iddia edən Serbiya 3-cü pillədəki Lüksemburqun qonağı olub. Matçın taleyini 1 qol həll edib. Duşan Vlahoviçin 68-ci dəqiqədə vurduğu yeganə top Serbiyaya 1:0 hesablı səfər qələbəsi qazandırıb.
Bu qalibiyyətlə xallarının sayını 14-ə yüksəldən Serbiya qrup liderliyini ələ keçirib. Portuqaliya 13 xalla ikinci yerdə qərarlaşıbsa, aktivində 6 xal olan Lüksemburq uduzsa da, üçüncülüyünü qoruyub. 4-cü pillədəki İrlandiya xallarının sayını 5-ə çatdırıb. Qrupun autsayderi isə 1 xalla Azərbaycan millisidir.
Qeyd edək ki, bu tur çərçivəsində Azərbaycan millisi öz meydanında İrlandiyaya 0:3 hesabı ilə uduzub. Yığmamız növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”