U-15 Liqasının “Keşlə” – EFA oyununda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, matçın ilk hissəsi bitdikdən sonra EFA-nın baş məşqçisi Vüsal Mustafayev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Lakin Mustafayev dəhlizdə olan zaman hakimləri təhqir edib, onlara fiziki təsir göstərib və valideynləri hakimlərə qarşı ədavətə və qəddarlığa vadar edib. Bu davranışı onun 1 il 6 ay müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilməsinə səbəb olub.
Baş məşqçinin davranışı üzündən matç yarımçıq dayandırıldığı üçün AFFA İntizam Komitəsi eyni zamanda EFA-ya 0:3 hesablı texniki məğlubiyyət verib.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq