“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə keçə bilər.
Apasport.az saytının məlumatına görə, Bekhem 37 yaşlı forvardın mümkün transferini Mayami klubunun rəhbərliyi ilə müzakirə edib.
Portuqaliya millisinin kapitanının “qırmızı şeytanlar”dan ayrılmaq istəməsi də MLS klubunu bu keçidə ümidləndirir. Bekhem hətta bir müddət əvvəl açıqlamasında Ronaldo və PSJ-də çıxış edən Lionel Messinin “İnter Mayami”yə keçidini istisna etməyib, bunun hədəfləri sırasında yer aldığını bildirib.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ