Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Belarusla səfər oyunu Serbiyada keçirilə bilər.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Belarus Futbol Federasiyası bununla bağlı araşdırma aparır.
Qurum turnir çərçivəsində ev matçlarını Serbiyada keçirməyi ən doğru variant hesab edir. Ancaq hələlik yekun qərar verilməyib.
Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb. Millətlər Liqasında C liqasının III qrupunda Azərbaycanla eyni qrupda yer alan Belarus millimizlə ev oyununu iyunun 6-da keçirəcək.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ