Çempionlar Liqasının II turunda “Mançester Siti”ni qəbul edən PSJ 2:0 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, matçda ikinci qolun müəllifi olan Lionel Messi Fransa klubunun heyətində “siftə” edib.
Bununla o, adını turnirin tarixinə yazdırıb. Belə ki, 34 yaşlı superulduz Çempionlar Liqasında ardıcıl 17 mövsüm fərqlənməyi bacaran ikinci oyunçudur. Argentinalı “Real”ın hücumçusu Kərim Benzema ilə eyni göstəriciyə malikdir. Çünki Leodan bir neçə dəqiqə əvvəl Kərim "Şerif"lə görüşdə fərqlənməklə rekordu qıran ilk oyunçu olub.
Qeyd edək ki, PSJ qrupdakı ilk oyunda "Brügge" ilə heç-heçə (1:1) edib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”