“Real” hücumçusu Kərim Benzema ilə uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, “kral klubu” əla mövsüm keçirən Fransa millisinin üzvünə yeni müqavilə təklif edəcək.
Yaşı 34 olmasına baxmayaraq, madridlilər onun daha bir neçə il komandaya xeyir verəcəyini düşünür. Bu səbəbdən Benzemaya 2025-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə təklif olunması qərara alınıb. Onun hazırkı anlaşması 2023-cü ilə qədərdir.
Qeyd edək ki, “Qızıl top”a əsas namizədlərdən sayılan Kərim Benzema bu mövsüm 8 oyunda 9 qol vurub, 7 məhsuldar ötürmə verib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"