“Sabah”dan ayrılan Bəhlul Mustafazadənin yeni klubu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, millinin müdafiəçisi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
O, “Əl-Əyn" ilə anlaşıb. “Sabah”ın Gürcüstanda başlayan təlim-məşq toplanışında iştirak etməyən arxa xətt oyunçusu müqavilə imzalamaq üçün Ərəbistan yarımadasına yola düşüb (sportinfo.az).
Bəhlulu ora Sergey Rebrov dəvət edib. Məşhur ukraynalı yaxınlarda bu klubun baş məşqçi postuna gətirilib.
Rebrov son olaraq Macarıstanda "Feretsvaroş"u çalışdırıb. O, bu komanda ilə keçirdiyi hər 3 mövsümdə çempionluq titulunu qazanıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi