Bombardirini itirdi – “Qəbələ”
18.09.2021 - 18:10
“Qəbələ” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Yaovi Akakpo sıradan çıxıb.
Azərbaycan Premyer Liqasının IV turunda “Səbail”lə ev oyununun 50-ci dəqiqəsində top uğrunda mübarizə zamanı sağ ayağından xəsarət alan toqolu hücumameyilli futbolçu meydanı xərəkdə tərk edib. Onun əvəzinə mübarizəyə Omar Hani qoşulub.
Qeyd edək ki, Akakpo ilk 3 turda 2 qol vuraraq, komandanın bombardirlərindəndir.
0
0