Braziliya millisinin futbolçusu Premyer Liqada
26.01.2022 - 22:18
“Nyukasl” Braziliya millisinin futbolçusu Bruno Gimaraynsı transfer edəcək.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu keçidi yarımmüdafiəçinin çıxış etdiyi “Lion”la razılaşdırıb.
Hazırda millinin düşərgəsində olan futbolçu Avropaya qayıtdıqdan sonra onunla müqavilə imzalanacaq. Premyer Liqa klubu onun üçün 36 milyon avro ödəyəcək.
Qeyd edək ki, Bruno 2020-ci ilin yanvarında “Atletiko Paranaense”dən “Lion”a 20 milyon avroya keçib. O, Frasa təmsilçisinin heyətində cari mövsümün 25 matçında 6 qola imza atıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0