Azərbaycan millisinin bu gün Serbiyaya qarşı keçiriləcək oyunu üçün “23-lüy”ü bəlli olub.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə oyunlarının hazırlığı prosesində sərəncamında 25 futbolçu olan baş məşqçi Canni de Byazi daha bir nəfəri heyətdən kənarlaşdırıb.
Mahir Emreli koronavirus testi pozitiv çıxdığı üçün düşərgədən ayrı qalıbsa, yarımmüdafiəçi Rövlan Muradov da matçın iştirak ərizəsinə salınmayıb. “Qəbələ”nin gənc oyunçusunun yığmada debüt etmək arzusu baş tutmayacaq. Əvəzində digər debütant Bəxtiyar Həsənalızadə “23-lüy”ə daxil edilib.
Qeyd edək ki, Belqradda keçiriləcək Serbiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”