“Albaniya yığmasına rəhbərlik edərkən Serbiyaya qarşı keçirdiyim oyunu xatırlayıram. Həmin vaxt bizim liderliyə yüksəlmək üçün iki dəfə fürsətimiz olmuşdu”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində dünən qarşılaşdıqları Serbiya yığmasını dəyərləndirərkən deyib.
Komandası Belqradda 1:3 hesabı ilə məğlub olan italiyalı mütəxəssis serblərin bir neçə il əvvəlkindən daha güclü olduğunu düşünür. O, son turda baş tutacaq Portuqaliya – Serbiya görüşü barədə də fikir bildirib: “İndiki Serbiya yığması Duşan Vlahoviç kimi bir çox gənc futbolçu ilə daha güclü, taktiki və texniki cəhətdən daha yaxşıdır. Fikrimcə, hazırkı Serbiyanın Portuqaliya yığmasını Lissabonda məğlub etmək və dünya çempionatına vəsiqə qazanmaq şansı çoxdur”.
Qeyd edək ki, Portuqaliya – Serbiya görüşü noyabrın 14-də baş tutacaq. Azərbaycan millisi isə qrupda axırıncı matçını noyabrın 11-də Bakıda Lüksemburqa qarşı keçirəcək.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO