Çempionat matçının vaxtı dəyişdi – “Qarabağ”la oyunöncəsi
22.09.2021 - 17:47
“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın çempionat matçının saatı dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə Kipr klubu məlumat yayıb.
Bildirilib ki, sentyabrın 26-da Nikosiyada “Pafos”a qarşı keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi, 21:00-da (yerli vaxtla) başlamayacaq. Təşkilatçılar matçın həmin gün 19:00-da start götürməsini qərara alıblar.
Qeyd edək ki, “Pafos”la oyunun ardından “Omoniya” “Qarabağ”la qarşılaşmanın hazırlığına başlayacaq. Kiprlilər sentyabrın 30-da Nikosiyada Azərbaycan təmsilçisini qəbul edəcək.
0
0