Cerrardı keçdi – 250-ci oyunda
20.09.2021 - 00:44
“Lester”in futbolçusu Ceymi Vardi Premyer Liqada 250-ci oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, hücumçu yubileyi qolla qeyd edib.
“Brayton”un qapısına vurulan top forvard üçün Premyer Liqada 121-ci olub. Bununla da Vardi “Liverpul”un əfsanəsi Stiven Cerrardı geridə qoyub.
Vardi Premyer Liqa tarixinin 17-ci bombardiridir. Lakin onun qolu “Lester”ə kömək etməyib və “Brayton” 2:1 hesablı qələbə qazanıb.
0
0