Tovuzun “Turan” klubunun sabiq futbolçusu və baş məşqçisi Sakit Alıyev Azərbaycan futbolunda özünəməxsus iz qoyub.
Apasport.az saytının məlumatına görə, qısa fasilə istisna olmaqla klubuna sadiq qalan Alıyev 5 il öncə ağır xəstəlikdən dünyasını dəyişib.
O, 1992-2004-cü illərdə futbolçu, 2005-12-ci illərdə məşqçi və baş məşqçisi olduğu klubdakı fəaliyyəti ilə Tovuzda futbolun inkişafına xidmət edib. Komandası ilə Azərbaycan çempionu olan, avrokuboklar həyəcanı yaşayan sabiq müdafiəçinin həyatına həsr olunan video hazırlanıb.
Qeyd edək ki, 1965-ci il dekabrın 22-də anadan olan Alıyev 2015-ci il oktyabrın 12-də dünyasını dəyişib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə