DÇ-2022-nin seçmə mərhələsinin Andorra – İngiltərə oyununu qadın hakimlər idarə edəcək.
Apasport.az saytının məlumatına görə, görüşün baş hakimi ukraynalı Yekaterina Monzul olacaq.
Ona həmyerliləri Marina Streletskaya və Svetlana Qruşko kömək edəcək. Dördüncü hakim funksiyasını fransalı Stefani Frappart yerinə yetirəcək.
Bu, İngiltərə yığmasının tarixində ilk belə hadisədir ki, onların qarşılaşmasını qadınlar idarə edəcək. Monzul isə əvvəllər də kişi komandalarının oyununda fit çalıb. O, ötən il Millətlər Liqasının San-Marino – Cəbəllütariq qarşılaşmasında ədaləti bərpa edib. Frappart kişilərin Çempionlar Liqası və DÇ-2022-nin seçmə oyununda baş hakim olub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”