“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne cari mövsümlə bağlı əsas hədəflərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, komandanın lideri Çempionlar Liqasını qazanmaq arzularını dilə gətirib.
Belçikalı ulduz futbolçu bunun üçün çox çalışdıqlarını vurğulayıb: “İnsanlar Çempionlar Liqasını qazanmağımızı gözləyirlər. Təbii ki, biz də qazanmaq istəyirik. Həmişə mübarizə aparmağa çalışırıq. Son altı ildə 1/8 finala, 1/4 finala və ondan da irəli getdik. Həmişə mübarizə aparırıq, bu turnirdə qalib gəlməyə çalışırıq”.
Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm turnirin finalına qədər irəliləsə də, həlledici görüşdə “Çelsi”yə 0:1 hesabı ilə məğlub olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"