Dele Alli komandasını dəyişir
24.01.2022 - 16:43
“Tottenhem”in yarımmüdafiəçisi Dele Alli artıq bu ay komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı orta sahə oyunçusu Premyer Lianın 2 klubunun maraq dairəsindədir.
“Nyukasl”dan sonra “Everton” da İngiltərə millisinin üzvünü icarəyə götürmək niyyətindədir. London klubunun rəhbərliyi də heyətə düşə bilməyən Allini icarə əsasında göndərməyin əleyhinə deyil.
Qeyd edək ki, “Tottenhem”lə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Dele Alli cari mövsüm bütün turnirlərdə 18 oyunda iştirak edib, 2 qol, 1 məhsuldar ötürmə ilə seçilib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0