Dembeledən imtina qərarı
07.04.2022 - 22:38
“Barselona”nın futbolçusu Usman Dembele “Çelsi”dən aldığı təklifi cavablandırıb.
Apasport.az saytının məlumatına görə, fransalı vinger İngiltərə klubuna keçməyəcək.
Londonlular yayda “Barselona” ilə müqaviləsi başa çatacaq 24 yaşlı oyunçunu azad agent kimi heyətinə qatmağı planlaşdırırdı. Lakin Usman aldığı təklifə imtina ilə cavab verib.
Qeyd edək ki, Dembele cari mövsüm “Barselona”da keçirdiyi 22 matçda 2 qol və 10 assistə imza atıb.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0