Devis daha iki ay oynamayacaq
03.02.2022 - 14:11
“Bavariya”nın futbolçusu Alfonso Devis ən azı daha iki ay yaşıl meydanlardan kənar qalacaq.
Apasport.az saytının məlumatına görə, kanadalı müdafiəçi məşqlərə apreldən tez başlamayacaq.
Koronavirusa yoluxduqdan sonra 21 yaşlı şimali amerikalıda yüngül miokardit aşkarlanmışdı. Ürək əzələsində bu problem üzündən yanvardan kənarda qalan Devisin müalicəsi daha uzun də çəkə bilər.
Onun məşqlərə hətta apreldən gec qoşulması da istisna edilmir. Klub rəhbərliyi futbolçunun sağlamlığını daha vacib saydığından Alfonsonun tam sağalmasını gözləməyə üstünlük verir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0