Dibala 3 illik müqaviləyə razılaşdı
06.10.2021 - 00:07
“Yuventus”un hücumçusu Paulo Dibalanın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü Turin klubundakı çıxışını davam etdirəcək.
27 yaşlı ön xətt oyunçusu ilə rəhbərlik arasında yeni müqavilə məsələsində razılıq əldə olunub. Hazırkı sözləşməsi mövsümün sonuna qədər olan Dibala bunu 2025-ci ilin yayına qədər uzatmağa razılaşıb. Yaxın günlərdə tərəflər arasında münasibətlər rəsmiləşəcək.
Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”un formasını geyinir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0