“Bizə təzyiqlər var, baxmayaraq ki, bunun doğru söz olduğuna əmin deyiləm”.
Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti”yə qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.
Argentinalı mütəxəssis İngiltərə klubunu cütün favoriti adlandırıb. Lakin o, sürprizə hazır olduqlarını da vurğulayıb: “Bizim üzərimizə böyük məsuliyyət düşür. “Mançester Siti”də heyrətamiz futbolçular oynayır, onlar bizdən güclüdürlər. Amma qarşıda iki qarşılaşma var. “Mançester Siti” və “Bavariya” turnirdə favirotdir. Ancaq “Çelsi” ötən mövsüm qalib gəldi. Onlardan isə bunu heç kim gözləmirdi. Təkmilləşdilər və yaxşılaşdılar. Deməli, bunu başqa komanda da bacarar”.
Qeyd edək ki, “Atletiko” ilə “Mançester Siti” arasında ilk oyun bu gün ikincilərin meydanında keçiriləcək.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ