Dünyanın ən zəngin futbol klublarının adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Nyukasl”ın sahibinin dəyişməsi siyahıda da ciddi dəyişikliyə səbəb olub.
“Sağsağanlar” Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF), “PCP Capital Partners” və “RB Sports&Media”nın birləşməsindən ibarət 320 milyard funt-sterlinqlik büdcəyə malik şirkətə satılıb. Bununla Premyer Liqa təmsilçisi dünyanın ən zəngin klubuna çevrilib.
Bu mənada ilk “10-luq”dakı klublar bunlardır:
1. “Nyukasl” - 320 milyard funt-sterlinq
2. PSJ - 220 milyard
3. “Mançester Siti” - 21 milyard
4. “Leypsiq”/“Zalsburq” – 15,7 milyard
5. “Yuventus” - 14 milyard
6. “Çelsi” – 10,5 milyard
7. “Los Anceles Qalaksi” – 8,1 milyard
8. “Arsenal” – 6,8 milyard
9. “İnter” – 6,2 milyard
10. “Vulverhempton” – 5,2 milyard
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”